Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasına qastrol səfərinə gedəcək.
Teatrın direktoru Tofiq Heydərov kollektivin İran İslam Respublikasının Dram Sənəti Mərkəzi tərəfindən bu ölkəyə dəvət olunduğunu bildirib.
İyunun 29-dan iyulun 1-ə kimi nəzərdə tutulan səfər zamanı Lənkəran sənətçiləri qonşu ölkənin Parsabad şəhərində Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə çıxış edəcəklər.
report.az