ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA) “Uğur hekayəm...” layihəsini icra edir.
Layihə Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub.
Layihənin əsas məqsədi gənclər arasında təhsilə marağı artırmağa, uğurlu peşə seçimi etməyə, biliyinə güvənməyə, yalnız özünün bacarıqlarından istifadə edərək uğur qazanmasına stimul yaratmaqdır.
Qeyd edək ki, layihə çərçivəsində həm də film hazırlanıb. Hansı ki, bu üç gəncin həyat hekayəsindən bəhs edir. Azərbaycanın müxtəlif regionlarından olan, xaricdə müxtəlif proqram məzunları olan bu üç gəncin uğur hekayəsi filmdə öz əksini tapıb.
Filmin çəkilməsində əsas məqsəd insanların peşə seçimi etməsinə və peşəkar olmasına nail olmağın gərəkli olduğunu çatdırmaqdır. Həmçinin cəmiyyətə alternativlər təqdim etmək, seçimləri çoxaltmaq, dünyaya iki rəngdən daha çox baxmağın vacibliyini diqqətə çatdırmaqdır.
Filmin Lənkəran, Masallı, Gəncə, Qazax, Şəki və Zaqatalada nümayişi keçiriləcək.
Layihənin yekunu olaraq isə Bakıda paytaxt gəncləri və region gənclərinin müzakirə edəcəyi tədbir nəzərdə tutulub.
Qeyd edək ki, filmin rejissoru Elvin Aşirov, ssenari müəllifi isə Orxan Hüseynovdur.
Gün.Az