Noyabrda neçə qeyri-iş günü olacaq?
31.10.2012

Dövlət Bayrağı Günü münasibəti ilə noyabrın 9-u qeyri-iş günü elan edilib.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Noyabrın 10-u şənbə gününə düşdüyündən Azərbaycan vətəndaşları noyabrın 9, 10 və 11-i istirahət edəcəklər.

Noyabrın 12-si Konstitusiya günü kimi qeyd edilsə də, Əmək Məcəlləsinə əsasən, iş günü hesab olunacaq. Həmçinin Milli Dirçəliş günü - noyabrın 17-si iş günü hesab edilir.

Qeyd edək ki, bir sıra təqvimlərdə bu tarixin qırmızı ilə işarələnməsi vətəndaşlar arasında çaşqınlıq yaradır.

Milli.Az