Sabah Azərbaycanda yağmurlu hava proqnozlaşdırılır
31.10.2012

Bakıda və Abşeron yarımadasında noyabrın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-şərq, şərq küləyi əsəcək, havanın temperaturu gecə 13-16, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 1-də gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşam şimal rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 20-25 dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

APA