Bakıda görkəmli opera müğənnisi Bülbülün abidəsi açılmışdır
1.11.2012

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda, Bülbül prospektində görkəmli opera müğənnisi, SSRİ Xalq Artisti Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışında iştirak etmişdir.

Azərbaycan musiqi ictimaiyyətinin tanınmış nümayəndələri, xaricdən gəlmiş qonaqlar və müğənninin ailə üzvləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev abidənin üzərindəki örtüyü götürdü. Dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoydu və çıxış etdi.

AzərTAc