Azərbaycanın İlk Mobil Operatoru “Bakcell” şirkəti jurnalistlər arasında Azərbaycan Silahlı Qüvvələri gününə həsr edilmiş atıcılıq üzrə yarış keçirib.
Bu barədə şirkətdən bildirilib.
Məlumata görə, Bakı Atıcılıq Mərkəzində təşkil olunmuş yarışda müxtəlif media qurumlarını təmsil edən 40-dan artıq jurnalist iştirak edib. Yarışdan öncə atıcılıq üzrə milli yığma komandanın baş məşqçisi Rəhim Cavadi jurnalistlərlə tanış olub və onlar üçün təlim keçirib. Təlimdən sonra jurnalistlər öz istəklərinə uyğun olaraq iki qrupa ayrılaraq Stend atıcılığı və Güllə atıcılığı üzrə yarışlara qatılıblar. Yarışda stend atıcılığı üzrə birinci yeri “Report” İnformasiya Agentliyinin müxbiri Valeh Dadaşov tutub.
Ümumilikdə yarışın nəticələri aşağıdakı kimidir:
Yarış növü Nəticə İştirakçının adı Təmsil etdiyi qurum
Stend atıcılığı 1-ci yer Valeh Dadaşov "Report" İnformasiya Agentliyi
Stend atıcılığı 2-ci yer Hüseyn Vəliyev "Trend" İnformasiya Agentliyi
Stend atıcılığı 3-cü yer Famil Fərhadoğlu Müstəqil jurnalist
Güllə atıcılığı 1-ci yer Səbuhi Qafarov afn.az saytı
Güllə atıcılığı 2-ci yer Ceyhun Rasimoğlu "Səs İnformasiya Agentliyi
Güllə atıcılığı 3-cü yer Tural Tağıyev "Palitra" qəzeti
5 300-dən artıq baza stansiyası sayəsində "Bakcell"in şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
report.az