Bakıda onlayn KİV-in təhlükəsizliyinə həsr olunmuş beynəlxalq forum keçiriləcək
1.11.2012

Noyabrın 7-də Bakıda İnternet İdarəetməsi Forumu çərçivəsində onlayn KİV-in təhlükəsizliyinə həsr olunmuş beynəlxalq forum keçiriləcək.

Tədbir Avropa Şurası, Avropa Yayım Birliyi, ATƏT və UNESCO-nun birgə təşkilatçılığı ilə keçirilir. Forumun açılış mərasimində Avropa Şurasının insan haqları komissarı Nils Muyjnieks, Avropa Yayım Birliyinin prezidenti Jan Pol Filipo, informasiya cəmiyyəti məsələləri üzrə Avropa komissarı Nili Kroes iştirak edəcəklər.

Forum iştirakçıları internetdən terrorçu məqsədlərlə istifadənin qarşısının alınması, istifadəçilərin internet-trafikə sərbəst çıxışına dair hüquq və imkanlarının genişləndirilməsini müzakirə edəcəklər. Bundan başqa forumda kibercinayətkarlığa qarşı mübarizəyə dair Konvensiyanın 15-ci maddəsinin də müzakirəsi nəzərdə tutulur.

APA