Gənc azərbaycanlı bəstəkar Ayaz Qəmbərli bəstəkarların 29-cu “ALEA III” festivalının qalibi olub. Oktyabrın 9-da Bostonda keçirilmiş final konsertində Ayaz Qəmbərli “Méthode de sens” adlı kompozisiyasını ifa edib. Qeyd edək ki, müsabiqəyə 208 partitura təqdim olunub, bunlardan yalnız Meksika, İspaniya, Yunanıstan, Azərbaycan, ABŞ və Polşa bəstəkarların əsərləri finala çıxıb. “АLEA III” 1980-ci ildən etibarən Boston Universiteti tərəfindən təçşkil olunan dünyaşöhrətli bəstəkar müsabiqələrindən biridir.