Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankı polislərimizin peşə bayramı münasibətilə onlar üçün özəl sürpriz hazırlayıb.
Bankdan verilən məlumata görə, 2 iyul “Polis günü” ərəfəsində start verilən kampaniya çərçivəsində bankın maaş kartına sahib asayiş keşikçilərimiz nağd pul kreditini bu bankdan 2% endirimlə əldə edə bilərlər.
Kampaniya 30 iyun – 14 iyul müddətində keçərlidir.
Kampaniyanın özəllikləri:
• Kreditin məbləği - 15.000 manatadək
• Kreditin müddəti - 36 ayadək
• İllik faiz dərəcəsi - 2% endirimlə
• 3000 manatadək ZAMİNSİZ
• Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş bu krediti Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.
Azərbaycan Beynəlxalq Bankının digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi Facebook səhifəsindən əldə etmək olar.
trend.az