Bu gündən Bəsti Bağırova küçəsi ilə hərəkət qismən məhdudlaşdırılacaq
30.6.2017

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı şəhəri Yasamal rayonunun Bəsti Bağırova küçəsi ilə (İnşaatçılar pr-ti ilə C.Cabbarlı küçəsi arasında) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən qismən məhdudlaşdırılacaq.
Bu barədə “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.
"Sözügedən küçədə məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə olacaq. Vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyirik", - deyə şirkətdən bildirilib.


report.az