Dünyanın ən firavan ölkələri
1.11.2012

Londonda yerləşən “Legatum Institute” təşkilatı dünyanın ən firavan ölkələrinin siyahısını açıqlayıb.

Tədqiqat zamanı 142 ölkə iqtisadiyyat, təhsil, sahibkarlıq, şərait, idarə, səhiyyə, şəxsi azadlıq və təhlükəsizlik səviyyəsinə görə müqayisə edilib.

Siyahıda ilk 3 yeri Skandinaviya ölkələri olan Norveç, Danimarka və İsveç tutub. ABŞ isə ilk 10-luğa daxil olmayaraq hamını təəccübləndirib.Qeyd edək ki, siyahıda Azərbaycan 94, Ermənistan isə 98-ci yerdə gəlib.

Dünyanın ən firavan 10 ölkəsi:
1. Norveç
2. Danimarka
3. İsveç
4. Avstraliya
5. Yeni Zellandiya
6. Kanada
7. Finlandiya
8. Niderland
9. İsveçrə
10. İrlandiya

Big.az