“Kaspersky Safe Kids” valideyn nəzarəti proqramı artıq Azərbaycan dilində
3.7.2017

"Kasperski Laboratoriyası" şirkətinin "Kaspersky Safe Kids" valideyn nəzarəti proqramı Azərbaycan dilinə lokallaşdırılır.

Bunu ölkənin IT-bazarındakı mənbə məlumat verib.

Məlumatda qeyd olunur ki, hazırda bu layihə "Kasperski Laboratoriyası" tərəfindən "Azercell Telecom" MMC mobil rabitə operatoru ilə birgə həyata keçirilir. Mobil tətbiq "iOS" və "Android" əməliyyat sistemlərində çalışan qurğularda çalışır.

"Kaspersky Safe Kids" proqramı azyaşlı istifadəçilərin arzuolunmaz veb-saytlara girişinin qarşısını alır, uşağın internetdə nə qədər vaxt keçirdiyinə və nə etdiyinə nəzarət etməyə imkan verir.

trend.az