“AsstrA Associated Traffic AG” 20 ildir Qərb və Şərq bazarlarında logistika və nəqliyyat xidmətlərinin etibarlı təchizatçısı statusunu qoruyub saxlayır.
Bizim şirkətin xidmətləri çoxsaylıdır və bütün nəqliyyat növləri ilə beynəlxalq daşınmaların təşkili, idxal-ixrac müşayiəti, gömrük, ticarət və anbar xidmətləri, yüklərin sığortalanması və layihə logistikasını əhatə edir. Təcrübəli əməkdaşlarımız hər bir müştərinin tələbatını nəzərə alaraq fərdi logistik həllər tapırlar.
“AsstrA” Avropa, Rusiya, Qazaxıstan, Çin, Türkiyə, Bəhreyn, Səudiyyə Ərəbistanı və digər ölkələrin bazarlarına ixrac ekspansiyası məsələləri üzrə Azərbaycan şirkətlərini hərtərəfli dəstəkləyir və onlara konsultasiya verir. Bizim mütəxəssislər yeni marşrutlar işləyib hazırlayır və cari tədarük sxemlərini optimallaşdırırlar. Son bir neçə il ərzində Azərbaycandan ixrac edilən malların payı əhəmiyyətli dərəcədə artıb. İxracın əhəmiyyətli hissəsini təbii şirələr (Tetrapak, şüşə, konsentrat), şərab, (Tetrapak, şüşə), xırdalanmış halda plastik kütlə, meyvə və tərəvəz təşkil edir. İdxala gəlincə, burada avadanlıq, xammal, elektronika və maşınqayırma sahəsinin məhsulları lider mövqe tuturlar.
Beynəlxalq yükdaşımalar sahəsində 20 illik təcrübə sayəsində “AsstrA”nın Azərbaycan üzrə ofisinin əməkdaşları qarşıya qoyulmuş vəzifələrə kompleks şəkildə yanaşırlar və yükün, qablaşdırmanın və daşınma coğrafiyasının xüsusiyyətlərini nəzərə alırlar.
“AsstrA” şirkətinin portfoliosu onlarla mürəkkəb layihədən ibarətdir. Onların arasında külək generatorlarının Niderland və Almaniyadan Azərbaycana unikal şəkildə daşınması da var. Bu layihənin xüsusiyyətinin nədən ibarət olduğunu öyrənmək üçün biz əndazəsiz yüklərin daşınması üzrə şöbənin müdiri Andrey Abramova (Brest şəhəri) müraciət etdik.
“Daşınmaların çətinliyi ondan ibarət idi ki, yük qeyri-standart həndəsi formaya malik olub. Onun bəzi hissələrinin uzunluğu 20 metri keçirdi. Bundan başqa, hərəkət marşrutu heç də asan olmayıb. “AsstrA” holdinqinin Brest (Belarus) və Poznanda (Polşa) yerləşmiş iki filialının mütəxəssisləri uzun müddət layihə üzərində işləyiblər. Komandamız nəqliyyatın Almaniya və Niderlanddan Belarusa və Belarusdan Azərbaycana hərəkət yolundakı bütün körpülərin ekspertizasını həyata keçirib. Biz külək generatorlarının mürəkkəb həndəsi konfiqurasiyasını nəzərə almaqla avtomobil və dəmir yolu nəqliyyatında yükün yerləşdirilməsi və bərkidilməsi üsullarını işləyib hazırladıq. Əməkdaşlarımız dəmir yolu nəqliyyatında və transportyorlarda əndazəsiz yüklərin daşınmasını razılaşdırdılar, Brestə yükləmək üçün elektrik hava paylayıcı aparatının quraşdırıldığı boş uyğunlaşdırılmış 80′ fitinqli platformaların göndərilməsinin və icarənin ciddi qrafikini tərtib etdilər. Biz, həmçinin Brest-Severnıy stansiyasında malın dəmir yolu hərəkət tərkibinə yüklənməsini operativ təşkil etdik və külək generatorlarının Azərbaycandakı son alıcıya çatdırılmasının dəqiq müddətini hesabladıq. Daşınmaların “avtomobil” hissəsinin həyata keçirilməsi üçün “AsstrA” şirkətinin öz hərəkət tərkibindən istifadə olunub. Biz ümumilikdə 25 ədəd ixtisaslaşdırılmış avtonəqliyyat vasitəsini, 11 ədəd universal dəmir yolu platformasını, 4 ədəd ixtisaslaşdırılmış fitinqli 80′ platformalarını, 4 ədəd uzunbazlı fitinqli platformanı, 4 ədəd platforma tipli 4 oxlu transportyoru, 2 ədəd “quyu” tipli transportyoru işə cəlb etmişik. Komandamız öz bəhrəsini verən böyük həcmdə iş görüb. İndi biz “AsstA” şirkətinin uğurlarına verdiyimiz töhfə ilə haqlı olaraq fəxr edirik”.
“AsstrA” hər bir müştəri üçün istənilən çətinlikdə olan logistik tapşırığın həll olunmasını təmin edir. Əməkdaşlarımız işin bütün mərhələlərini dəqiq planlaşdırır və ilk baxışdan əhəmiyyətsiz xırdalıqlara lazımı diqqət yetirir. “AsstrA” ilə əməkdaşlıq Qərb və Şərqin logistik bazarlarında İsveçrə servisinə zəmanət verir.
“AsstrA-Associated Traffic AG” baş ofisi Sürixdə yerləşən (İsveçrə) beynəlxalq nəqliyyat-logistika holdinqidir. Holdinq logistika sahəsində 20 ildən artıq iş təcrübəsinə və qüsursuz nüfuza malikdir. Şirkət MDB, Avropa və Asiyanın 16 ölkəsində təmsil olunub. “AsstrA” müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq daşımaların təşkili, idxal-ixrac müşayiəti, yüklərin sığortalanması, layihə logistikası, habelə ticarət, anbar və gömrük xidmətlərini özündə birləşdirən kompleks xidmətlər təqdim edir. “AsstrA” ofislərinin geniş coğrafiyası və peşəkarlarla əməkdaşlığı sayəsində cəlbedici qiymətlər üzrə optimal logistik həllər təklif edir, hər bir müştəri və tərəfdaşın tələbatlarını nəzərə alır. “AsstrA” Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası və Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının üzvüdür, habelə ISO 9001, ISO 14001, OHSAS 18001 sertifikatlarına malikdir.
trend.az