İyulun 20-21-də Bakıda Qüds məsələsi ilə bağlı beynəlxalq konfrans keçiriləcək.
Diplomatik mənbələrə istinadən xəbər verilir ki, konfrans İslam Əməkdaşlıq Təşkilatı (İƏT), BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair Komitəsi, eləcə də Azərbaycan hökuməti tərəfindən təşkil olunub.
Konfransın işində Fələstin dövlətinin, digər ərəb ölkələrində dövlət rəsmilərinin iştirak edəcəyi gözlənilir.
report.az