Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə “Nur” yaradıcı gənclər teatrını təqdimatında S.Bəhlulzadə adına Mədəniyyət Sarayında C.Məmmədquluzadənin eyniadlı əsəri əsasında hazırlanmış “Anamın kitabı” tamaşası təqdim edilib.
Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzinin nəzdində ictimai əsaslarla fəaliyyət göstərən “Nur” yaradıcı gənclər teatrın təşəbbüskarı və bədii rəhbəri istedadlı gənc Nurel Kərim, quruluşçu rejissoru isə Nurlan Həsənzadədir.
Teatrın yaratdığı bu səhnə işi yaradıcılıq fəaliyyətində ilk addım olsa da tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.
XX əsrin əvvəllərində qələmə alınmış bu əsər Azərbaycan cəmiyyəti haqqındadır. Tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa, Vətən ətrafında birləşməyə çağırış, müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid etməkdir.
azertag.az