"Qəbələ"nin yeni transferi: "Mənə Azərbaycanın gözəl ölkə olduğunu demişdilər"
3.7.2017

"Hələ müqavilə bağlamamış Qəbələ" haqda informasiya toplamışdım. Bu barədə mənə vaxtilə "qırmızı-qara" formanı geyinmiş şotlandiyalı qapıçı Qrem Smit və Şimali İrlandiya millisinin heyətində Azərbaycana qarşı çıxış etmiş Li Honson danışmışdı. Hər ikisi Azərbaycanın gözəl ölkə olduğunu demişdi".
Bunu "Qəbələ"nin Şotlandiya "Qlazqo Reyncers"indən icarəyə götürdüyü futbolçu Endi Hallidey "Daily Record"a açıqlamasında deyib. 26 yaşlı yarımmüdafiəçi yeni komandasından razı olduğunu vurğulayıb: "Qəbələ" böyük klubdur. Avropadakı uğurlarına baxın. Komandanın bir hissəsi olmaq və Avropa futboluna yol açmaq istəyirəm. Burada hər şeyin çox yaxşı qurulduğunu hiss edir və ciddi rəqabət şəraitində keçəcək oyunları səbirsizliklə gözləyirəm. Əlbəttə, çempionat barədə elə də məlumatlı deyiləm. Amma bunu da tezliklə biləcəyəm. Hələlik isə yaxşı komandamızın olduğunu görürəm".
Qeyd edək ki, "Qəbələ" Endi Hallideyi bir illik icarəyə götürüb.

report.az