Londonda mərhum müğənni Emi Uaynhausun evi qarət olunub.
Cinayətkarlar ötən il dünyasını dəyişmiş soul-ulduzun evindən 200 min dollar dəyəri olan iki don aparıblar.
Toy və kokteyl paltarları müğənninin adını daşıyan xeyriyyə fondunun təşkil etdiyi hərracda satılacaqdı.
"Oğrular kim olursa-olsun, onlar paltarların hərracda hansı qiymətə satılacağını bilirdilər. Ev də satışa çıxarılmışdı və oradakı hər əşyanın üzərinə sonradan saxlanması üçün birka vurulmuşdu. Oğruların Eminin evinə giriş imkanları olub", - mərhum müğənninin atası Mitç Uaynhaus deyib.
Milli.Az