İran və Azərbaycan sahibkarları BAKIDA görüşəcək
4.7.2017

Bu həftə Bakıda Azərbaycan və İran sahibkarları arasında görüş keçiriləcək.

Bu barədə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verilir.

Qeyd olunur ki, görüş İranın Qərbi Azərbaycan əyalətinin Əməkdaşlıq palatasının sədri Mahmudrza Şərifihahın rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində baş tutacaq.

trend