Bakıda "Yolun yarısında bir təbəssüm"adlı sərgi keçiriləcək
4.7.2017

İyulun 6-da Bakıda "Yolun yarısında bir təbəssüm"adlı sərgi keçiriləcək. Meksikanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bu sərgi görkəmli meksikalı rəssamlar Frida Kalo ilə Dieqo Riveranın həyatına həsr olunub. Meksikanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunan bu sərgi Landmark otelinin “Rotunda -1” zalında baş tutacaq.

Şübhəsiz ki, Dieqo Rivera və Frida Kalo Meksikada incəsənət tarixinin ən çox müzakirə olunan cütlüklərindən biridir. Onların parlaq şəxsiyyətləri dövrünün müasirlərində müxtəlif hisslər, bəzilərində paxıllıq, digərlərində isə heyranlıq oyadırdı.

Evləndikləri 1929-cu ildən Fridadın dünyasını dəyişdiyi 1954-cü ilədək, təxminən 25 il ərzində birlikdə olan bu cütlüyün münasibətləri görüşlərin və ayrılıqların sonsuzluğu, sevgi və nifrət, bölüşmək və rəqabət aparmaqla həkk olunub. Bu ittifaq XX-ci əsrin birinci yarısında Meksikada şəxsi münasibətlərin yeni yolunu açmışdır: Dieqonun ünsiyyətçil və xəyalpərəst şəxsiyyəti ilə Fridanın özünə qapanmış, həmçinin xəyalpərəst şəxsiyyətinin bağlılığı partlayıcı münasibətlərin yaranmasına səbəb oldu.

trend.az