Azərbaycan Beynəlxalq Bankından depozit seyfləri üzrə "1+1" kampaniyası
4.7.2017

Azərbaycan Beynəlxalq Bankı müştəriləri yay istirahətinə gedərkən evdəki pulları, qiymətli əşyaları, mühüm sənədləri harada saxlamaq qayğısından azad edir.

Bankın yeni “1+1” kampaniyasından faydalanacaq müştərilər tətil vaxtı bütün bunları Azərbaycan Beynəlxalq Bankına rahatlıqla etibar edə biləcəklər. Kampaniya dövründə bankdan 1 ay müddətinə depozit seyfi icarəyə götürən hər bir müştəriyə seyfin növbəti bir aylıq icarəsi hədiyyə ediləcək. Kampaniya 5 iyul – 4 avqust müddətində keçərlidir.

Müxtəlif ölçülü depozit seyflərini bankın Baş ofisində, eləcə də Bakı və Gəncədəki filiallarında icarəyə götürmək olar. Sözügedən depozit seyfləri ən etibarlı mühafizə sisteminə malik seyflərdir. Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə avtomatlaşdırılmış depozit seyfləri sistemini tətbiq edən ilk bankdır.

Seyflərin minimal icarə müddəti 1 gün, maksimal icarə müddəti isə 1 ildir. Depozit seyflərinin icarə haqqı 1 aylıq 20 AZN-dən başlayır və seyfin ölçüsündən asılı olaraq dəyişir. Ətraflı: https://www.ibar.az/az/service-network/deposit-box/

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi Facebook səhifəsindən əldə etmək olar.

trend.az