Paytaxtımızda çoxdandır gözlənilən "Luxury Awards" 2017 mükafatlandırma mərasiminin qala gecəsi keçiriləcək.
Tədbir "Zirvə Ziyalılar Təşkilatı" tərəfindən, iyulun 5-si saat 18:00-da “JW Marriott Absheron” otelində start götürəcək. Tədbirdə qonaqlar möhtəşəm qırmızı xalı şousunun şahidi olacaqlar.
Bununla yanaşı, gecənin qonaqlarını estradanın məşhur ulduzlarının ifası və zəngin şou-proqramlar da gözləyir. Layihədə ulduzlar - müğənnilər, aktyorlar, ictimai xadimlər, rejissorlar, stilistlər, media işçiləri, modellər, idmançılar və digər sahələrin tanınmış simaları iştirak edəcək. Mükafat alanlar bu il göstərilən fəaliyyət və ötənilki uğurlu çıxışlara görə mükafat və sertifikatlar ilə təltif olunacaqlar. Layihənin rəhbəri Ləman Mirtalıblıdır.
Tədbirin aparıcısı Samir Bayramlı, dj-i dj Çinadır. Tədbir Lider televiziyası tərəfindən efirdə yayımlanacaq.
Laureatlar arasında: aktyorlar - Firəngiz Mütəllimova, Fərda Amin, Pərvin Abiyeva, idmançılar Zabit Səmədov, Kamil Zeynallə, Ceyhun Vəliyev, Ayxan Mamayev, millət vəkilləri Fərəc Quliyev, Qənirə Paşayeva, rejissor Kənan MM., rektorlar - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, BDU-nun rektoru Abel Məhərrəmov, müğənnilər Röya Ayxan, Günay İbrahimli, Nura Suri, Eldar Qasımov, Ayaz Babayev, Elçin Cəfərov, Xəyyam Nissanov, Səmra Rəhimli, Samir Cavadzadə, Natavan Həbibi, stilistlər: Anar Ağakişiyev, Elnur Həsənov və s.
trend.az