AMEA Mərkəzi Elmi Kitabxanası ilə "Şəms Tərcümə Xidmətləri Mərkəzi"nin birgə əməkdaşlığı nəticəsində XX əsrdə yaşamış Azərbaycanın görkəmli ədiblərindən - Süleyman Sani Axundov, Abbas Səhhət, Abbasqulu ağa Bakıxanov, Hüseyn Cavid, Qasım bəy Zakir, Cəfər Cabbarlı, Mirzə Şəfi Vazeh haqqında "Vikipediya"dakı məqalələr italyan, fransız, ispan və alman dillərinə tərcümə edilərək “Vikipediya”nın xarici dillər bölmələrində yerləşdirilib.
Tərcümə işi “Şəms Tərcümə Xidmətləri Mərkəzi”nin təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilib.
Azərbaycanın görkəmli ədibləri haqqında məlumatlar beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılması, onların dünyaya tanıdılması işinə ciddi töhfə sayıla bilər.
XX əsrdə yaşamış Azərbaycanın görkəmli xadimlərinin əcnəbi dilli vikipediyalarda məqalələrin yaradılması:
Süleyman Sani Axundov - ispan, alman (https://es.wikipedia.org/wiki/Suleyman_Sani_Ajundov)
Abbas Səhhət - ispan, alman, italyan, fransız (https://es.wikipedia.org/wiki/Abbas_Sahhat)
Abbasqulu ağa Bakıxanov - ispan, alman, italyan, fransız (https://es.wikipedia.org/wiki/Abbasgulu_Bakıjanov)
Hüseyn Cavid - ispan (https://es.wikipedia.org/wiki/Husein_Yavid)
Qasım bəy Zakir - ispan, italyan, fransız (https://es.wikipedia.org/wiki/Gasim_bey_Zakir)
Cəfər Cabbarlı - ispan, italyan (https://es.wikipedia.org/wiki/Yafar_Yabbarlí)
Mizə Şəfi Vazeh - ispan (https://es.wikipedia.org/wiki/Mirza_Shafi_Vazeh)
trend.az