Tanınmış yunan dirijoru Viron Fidetsiz Azərbaycanın paytaxtında çıxış edəcək. Yunanıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, konsert Viron Fidetsizin rəhbərliyi və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə baş tutacaq. Konsertdə Lüdviq Van Bethovenin “Prometey” uvertürası, Karl Nilsenin Klarnet və Orkestr üçün konserti, Nikos Skalkottasın “Beş yunan rəqsi” və Manolis Kalomirisin: 1 saylı simfoniya Levendiası ifa olunacaq. Konsertin oktyabrın 14-də keçirilməsi nəzərdə tutulur.
Sözügedən konsert Azərbaycan Dövlət Filarmoniyası və Yunanıstanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil olunub. Yunanıstanın DEPA Milli Qaz Korporasiyası tədbirin tərəfdaşıdır.