Nazir müavini: Azərbaycan ÜDM-nin 80 faizi özəl sektorun hesabına formalaşır
5.7.2017

Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) təqribən 80 faizi özəl sektorun hesabına formalaşır ki, bu da hazırda müsbət nailiyyətdir.

Bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev "Ticarətə hazır ol" layihəsinin açılış mərasimində deyib.

O qeyd edib ki, hələ bir neçə il əvvəl ölkə iqtisadiyyatı əsasən dövlət sektoru hesabına formalaşırdı:

"Lakin aparılan islahatlar və özəl sektora göstərilən diqqət bu müsbət nəticələrin əldə olunmasına imkan verdi".

trend.az