Üzərliyin Bilmədiyiniz Faydaları
5.7.2017

Üzərliyin antiseptik, antimikrob və virus əleyhinə xüsusiyyətləri hamıya məlumdur. Lakin üzərliyin digər daha az bilinən faydalı xüsusiyyəti də var.
Hələ Qədim Misirdə bu bitki sakitləşdirici və epilepsiya müalicə edən vasitə kimi istifadə olunurdu.
Müasir elmi araşdırmalar da üzərliyin sinir sisteminə olan müsbət təsirini təsdiq edib.
Üzərliyin tərkibində olan harmalin, harmin və harmalol adlı alkaloidlər həyacanı azaldır, sinir hüceyrələrini bərpa edir, sinir keçiriciliyini yaxşılaşdırır, iflic, qıcolmalar, yuxusuzluq zamanı kömək edir, sinir sisteminə sakitləşdirici təsir edir.
Üzərlik ekstraktı nevrasteniya, şizofreniya, Parkinson xəstəliyi zamanı effektlidir.
Üzərlik güclü təbii antidepressantdır, depressiya zamanı kömək edir.
Üzərliyin bu faydalı xüsusiyyətləri əczaçılıq sənayesində geniş istifadə olunur - bitki bir çox sakitləşdirici preparatların tərkibinə daxildir.


publika.az