Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdullanın təşəbbüsünə əsasən universitetdə yeni laboratoriyalar yaradılıb.
ADU-nun İnformasiya Departamentindən verilən məlumata görə, ADU Elmi Şurasının iclasında universitetdə Azərbaycanşünaslıq, Rusiyaşünaslıq və Multikulturalizm elmi-tədqiqat laboratoriyalarının açılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, laboratoriyaların açılmasında məqsəd sadalanan istiqamətlərdə elmi-tədqiqat işlərinin aparılması və bu sahədə universitetdəki boşluğun aradan qaldırılmasıdır.
trend.az