Bakıda məktəblilərin “Bilik yarışı” keçiriləcək
2.11.2012

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən növbəti “Bilik yarışı” keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən verilən xəbərə görə, “Bilik yarışı” istedadlı şagirdləri aşkar etmək, onların istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etmək məqsədi daşıyır.

Sözügedən yarış bu il də V-XI sinif şagirdləri arasında keçiriləcək və bütün fənləri əhatə edəcək. “Bilik yarışı”nın noyabrın 15-də saat 10.00-da keçirilməsi planlaşdırılıb. İşin təşkili və icrası ilə bağlı artıq məktəblərə müvafiq tapşırıq və göstərişlər verilib.

Qeyd edək ki, “Bilik yarışı”nın təşkili, keçirilməsi və nəticələri haqqında məlumatlar noyabrın 23-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektoruna təqdim edilməlidir.

APA