Zülfiyyə Xanbabayeva Dima Bilanla eyni səhnədə
2.11.2012

Xalq artisti Zülfiyyə Xanbabayeva bu günlərdə Moskvada keçirilən konsert proqramında iştirak edib.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və bir sıra rəsmilərin qatıldığı gecədə həmçinin əməkdar artist Tünzalə Ağayeva və Natəvan Həbibi də çıxış edib.Bununla yanaşı, azərbaycanlı sənətçilərlə eyni səhnəni Rusiyadan olan ifaçılar da paylaşıb. Onların arasında Dima Bilan, “Serebro”, “Buranovskiye babuşki” qrupları və başqaları da olub. Konsert proqramında sənətçilərimiz öz repertuarları ilə yanaşı, Azərbaycan və Bakı haqda da mahnılar ifa ediblər.

Gün.Az