“Qarabağ” klubu “Legiya”nın kapitanını transfer edib
6.7.2017

Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən Ağdamın “Qarabağ” futbol klubu növbəti transferini reallaşdırıb.

Ağdam təmsilçisi Polşa millisinin sabiq üzvü və “Legiya”nın kapitanı Yakup Jezniçakla ikiillik müqavilə imzalayıb.

Mərkəz müdafiəçisi peşəkar karyerasına 2003-cü ildə Polşanın “Vidzev Lodz” klubunda başlayıb və cəmi bir il sonra “Legiya”ya transfer olub. Otuz yaşlı futbolçu son 13 ili “Legiya”da keçirib. Y.Jezniçak “Legiya”da 5 dəfə Polşa Yüksək Liqasının, 6 dəfə ölkə kuboku və 1 dəfə də Polşa Super Kubokunun qalibi olub.

Klub karyerasında 282 dəfə forma geyinən müdafiəçi 13 qolla yadda qalıb.

Polşalı futbolçu 9 dəfə də ölkəsinin əsas komandasına dəvət alıb. Mərkəz müdafiəçisi “Qarabağ”da “52” nömrəli forma ilə mübarizə aparacaq.

azertag.az