Futbol üzrə Azərbaycan Premyer Liqasının yeni mövsümündə “Kəpəz”in kapitan sarğısını Şəhriyar Rəhimov daşıyacaq.
Kluba istinadla xəbər verilir ki, ötən mövsümdə vitse-kapitan olan müdafiəçi komanda üzvlərinin seçiminə əsasən sarğını daşımağa layiq görülüb. Ş.Rəhimov son iki mövsümdə “sarı-göylər”in kapitanı funksiyasını yerinə yetirmiş Tural Axundovun gedişindən sonra Gəncə klubunun yeni kapitanı olub.
“Kəpəz”in vitse-kapitanları isə Şəhriyar Əliyev və Kərim Diniyev olacaqlar. Kərim ilk dəfə vitse-kapitan vəzifəsini daşıyacaqsa, Şəhriyar ötən mövsümdə də eyni statusda olub.
azertag.az