Bakıda türk xalqlarının sərgisi keçiriləcək
7.7.2017

İyulun 7-14-də V.Səmədova adına sərgi salonunda rəsm sərgisi keçiriləcək.

“Turan” adlı sərgidə Azərbaycan, Türkiyə və Qazaxıstanlı rəssamların əsərləri nümayiş olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının və Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyinin təşkil etdiyi sərgidə rəngkarlıq, qrafika, keramika miniatür janrlarında əsərlər təqdim olunacaq.

Doqquz rəssamın 30-dək sənət əsərinin nümayiş ediləcəyi sərginin kuratoru Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyinin Azərbaycan üzrə təmsilçi İlqar Əkbərovdur.


axar.az