“Azərbaycan Hava Yolları” (AZAL) QSC Türkiyənin Antalya, Milas və Dalaman istiqamətlərində aviareysləri yerinə yetirən təyyarələri imkan daxilində daha çox sərnişin tutumu olan təyyarələrlə əvəz etmək imkanlarına baxacaq”.
Bu barədə AZAL-ın mətbuat xidmətindən məlumat verilib.
Açıqlamada deyilir ki, Azərbaycan tərəfinin sifarişi ilə xarici aviaşirkət Antalyaya həftədə 2 dəfə çarter reysi yerinə yetirir: “Antalyaya aviareyslər gündə minimum 3, maksimum 4 dəfə olmaqla hər gün yerinə yetirilir. Bodruma reyslər gündə bir dəfə olmaqla hər gün, Dalamana isə həftədə 2 dəfə həyata keçirilir”.
Qeyd edək ki, ölkədə olan bəzi turfirmalar qarşıdakı iki ay üçün "AZALJET" biletlərinin tamamilə satıldığını açıqlayıb.
report.az