İyulun 7-də Dövlət “Yuğ” Teatrında akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş. Dansökülən variant” kitabının təqdimatı keçiriləcək.
Teatrdan bildirilib ki, kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Əliş Mirzallı, rəyçilər akademik Muxtar İmanov, filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğludur.
Monoqrafiya müəllifin “Gizli Dədə Qorqud” silsiləsindən çalışmalarının məntiqi davamıdır. Əsərdə qədim mətnlərin poetik qatı ilə bağlı orijinal və yeni yanaşma təqdim edilir. “Kitabi-Dədə Qorqud” kimi anaxronik, müxtəlif qədimlik dövrlərinin əlamətlərinə malik olan mətnlər üçün bu yanaşma bədiilik qatının immanent təhlil açarı ola bilər.
Qədim yazılı abidənin müxtəlif poetik qatlarının bir-birindən ayrı təhlili sonrakı birgə təhlilin platformasına çevrilir.
azertag.az