Azərbaycan BMT-nin qlobal kibertəhlükəsizlik reytinqində 48-ci yeri tutub
7.7.2017

BMT yanında Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) "Global Cybersecurity Index" hesabatını dərc edib.
Hesabatda dünyada kibertəhlükəsizlik səviyyəsi barədə son məlumatlar təqdim edilib.
Sənədə əsasən, bütün ölkələrin yalnız 38%-də haker hücumlarından qorunmağa imkan verən kibertəhlükəsizlik sistemi var, ölkələrin 12%-i isə belə strategiyanın işlənib hazırlanması prosesindədir.
Hesabata əsasən, Azərbaycan dünya sıralamasında 48-ci yeri tutub. Rusiya 10-cu, Türkiyə 43-cü, İran - 59-cu, Ermənistan 111-ci sırada qərarlaşıb.
Reytinqdə ilk pilləni Sinqapur tutub, ikinci yerdə isə ABŞ qərarlaşıb. İlk üçlüyü Malayziya qapayır.


report.az