Xəzərin Azərbaycan sektorunda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ dünən 22.24-də Qaladan 22 km şərqdə, Xəzər dənizində qeydə alınıb. Zəlzələnin maqnitudası 3.20, dərinliyi 52 km olub.
Zəlzələ hiss olunmayıb.
APA