"Bakıda müşahidə olunan küləkli hava şəraiti iyul ayının 8-i də davam edəcək".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, iyul ayının 8-də gecə və səhər saatlarında paytaxtda və yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal olunur: "İyul ayının 9-da paytaxtda əsən şimal-qərb küləyi mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu günorta saatlarında 30-34 dərəcə, arasında dəyişəcək".
G.Məmmədovanın sözlərinə görə, bölgələrdə növbəti iki gün ərzində arabir yağış yağacağı gözlənilir: "Qərb küləyi əsəcək. Havanın temperaturu 31-36 dərəcə arası dəyişəcək".
Onun sözlərinə görə, hazırda ölkə ərazisində havanın temperaturu norma daxilindədir.
report.az