Azərbaycanlı məşqçilər Pro kateqoriyası üzrə kursların növbəti mərhələsi üçün Tbilisidədirlər
7.7.2017

AFFA-nın təşki etdiyi məşqçilərin UEFA Pro kursunun III modulu Gürcüstanın Tbilisi şəhərində keçirilir.
Kursun iştirakçısı olan mütəxəssislər Tbilisidə 19 yaşadək futbolçular arasında təşkil olunmuş Avropa çempionatının final mərhələsinin oyunlarını təhlil edir, müvafiq müzakirələr aparılır.
Qeyd edək ki, Pro kateqoriyalı məşqçi kursunda 11 nəfər - Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin köməkçisi Mahmud Qurbanov, “Sumqayıt” komandasının baş məşqçisi Samir Abasov, 15 və 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd, “Qarabağ” komandasının məşqçisi Elçin Rəhmanov, Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqov, “Qəbələ” klubunda baş məşqçi Roman Qriqorçukun köməkçisi vəzifəsində çalışan Ramin Quliyev, “Mançester Yunayted” Futbol Məktəbinin baş məşqçisi Mik Bennett, eləcə də Elşad Əhmədov, Siyasət Əsgərov, Baba Əsgərov və Zaur Həşimov iştirak edirlər.


report.az