"Biznesə 5D" sahibkarların nağdsız hesablaşmalarını xeyli asanlaşdırır
7.7.2017

“Biznesə 5D” sahibkarların nağdsız hesablaşmalarını xeyli asanlaşdırır.

Şəxsi biznesinizi asanlaşdırmaq istəyirsiniz? İşlə bağlı artıq sənədləşmə prosedurlarından yorulmusunuz və nağdsız ödənişlərinizi rahat şəkildə həyata keçirmək arzusundasınız? O zaman "AccessBank"ın iş adamlarına təklif etdiyi “Biznesə 5D” layihəsinə qoşulun.

Bankdan verilən məlumata görə, bu layihə, hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə PULSUZ olaraq 5 fərqli məhsul və xidməti həm paket halında, həm də ayrılıqda əldə etmək imkan verir.

Biznesinizi asanlaşdırmaq üçün nə təklif edilir?

Cari hesablar;
Əmək haqqı layihələri;
Müştərinin VÖEN hesabına bağlı Biznes Kart;
Pos-terminal;
Onlayn bankinq.

Layihənin əsas üstünlüklərindən biri də 24/7 rejimində rahatlıqla nağdsız əməliyyatlarını həyata keçirə bilmə imkanıdır. Həmçinin, “Biznesə 5D” layihəsinə qoşulmuş hüquqi şəxs və fərdi sahibkarların əməkdaşlarına da əlavə güzəştli xidmətlər təqdim olunur.

Ilin əvvəlində başlanılan kampaniya, müştərilər tərəfindən böyük maraqla qarşılandığından 31 iyul 2017-ci il tarixinədək uzadıldı.

Biznesə 5D layihəsi haqqında daha ətraflı məlumatı Bankın rəsmi internet saytından, Facebook səhifəsindən və 151 Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.

trend