Xalq Yazıçısı Elçinin “Qatar.Pikasso.Latur.1968” hekayəsi Özbəkistanın “Səadət” qadın jurnalında yerli dildə dərc edilib. Hekayəni orijinaldan şair və tərcüməçi Usman Kuçkar çevirib.
Elçinin əsərləri Özbəkistanda kifayət qədər tanınır. Onun “Baladadaşın ilk məhəbbəti” və “Baladadaşın toy hamamı” povestləri “Cahan ədəbiyyatı” jurnalında, hekayələri isə müxtəlif ədəbi qəzet və jurnallarda dərc olunub. Yazıçının ikicildlik “Seçilmiş əsərləri” yaxın günlərdə özbək dilində işıq üzü görəcək.
azertag.az