"İran Dəmir Yolları"nın rəhbərliyi elan edib ki, Azərbaycanla İranın sərhəddə yerləşən Astara şəhərində dəmiryol terminalının inşası və istismarı haqqında investisiya sazişi imzalanıb.
İnvestisiya sövdələşməsi "Azərbaycan Dəmir Yolları" QSC ilə "İran İslam Respublikası Dəmir Yolları" (Qısaldılmış "RAI") nəqliyyat şirkəti arasında tikinti mərhələsində olan Astara dəmir yolu stansiyasında imzalanıb.
Sazişin şərtlərinə əsasən, Azərbaycan hökuməti İran layihəsinə 60 milyon dollar yatırmağa razılaşıb.
Bundan başqa, iki tərəf arasında müqavilənin müddəti bitdikdən sonra Astara terminalında olan bütün obyektlər tam olaraq İrana təhvil veriləcək.
RAI-nin rəsmi şəxslərinin sözlərinə görə, Azərbaycan tərəfi İran ərazisindən azı iki milyon ton yük daşımağa razılıq verib ki, bu da İran İslam Respublikası üçün böyük gəlirlər gətirib çıxaracaq.
Bu stansiya Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin yaradılması üzrə layihə çərçivəsində tikilir.
report.az