Noyabrın 24-də Akademik Zərifə Əliyeva adina Milli Oftalmologiya Mərkəzində “Müasir oftalmologiyanin problemləri və son nailiyyətləri” mövzusunda gənc oftalmoloqların elmi konfransı keçiriləcək.
Milli Oftalmologiya Mərkəzindən bildiriblər ki, çıxışlar üçün müraciətlər sentyabrın 15-nə, məqalələr isə oktyabrın 5-nə qədər qəbul edilir. Konfransın materialları məqalədə toplanaraq “Oftalmologiya” jurnalında çap olunacaq.
Akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr olunan elmi işlərin məcmuələr toplusuna qəbul elan olunur. Məcmuələr toplusuna elmi işlərin tərtibatı zamanı çapa təqdim olunan işlər A4 formatlı kağızda, “Times New Roman” 12 şriftində olmalıdır.
Daha geniş məlumatla Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəsmi “Facebook” səhifəsində tanış olmaq olar.
azertag.az