Bakı və Abşeron yarımadasında noyabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 13-16, gündüz 19-22 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında noyabrın 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında isə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 6-dan 8-dək Abşeron yarımadasında sərin hava şəraiti ilə yanaşı meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
APA