Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Daşkəsən, Şabran və Tərtər şəhərlərinin baş planlarının tərtibi işlərinin alınması ilə bağlı açıq tender elan edib.
Tender üç lot üzrə "Daşkəsən şəhərinin baş planının tərtibi" (lot-1), "Şabran şəhərinin baş planının tərtibi" (lot 2) və "Tərtər şəhərinin baş planının tərtibi" (lot 3) keçirilir.Hər bir lot üzrə iştirak haqqı 100 manat təşkil edir.
İddiaçılar tender təklifi və tender təklifi qiymətinin 1%-i həcmində bank təminatını bağlanmış, imzalanmış və möhürlənmiş ikiqat zərfdə 7 avqust saat 16:00-a qədər, Bakı şəhəri Füzuli küçəsi, 65 ünvanına (Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) təqdim etməlidirlər. Təkliflər 8 avqust saat 16:00-da qeyd edilən ünvanda açılacaq.
report.az