Dollarla bağlı daha bir PROQNOZ
10.7.2017

ABŞ-ın PIMCO investisiya şirkətinin iqtisadi məsələlər üzrə beynəlxalq eksperti Yoahim Fels bu ilin sonunadək Federal Ehtiyat Sisteminin (Federal Reserve System) uçot dərəcəsini artırmayacağını bəyan edib.

Fels ABŞ-da inflyasiyanın hədəflənən 2% səviyyəsinə çatmayacağını bildirib.

Onun sözlərinə görə, ABŞ-da inflyasiya ilin əvvəlindən hədəflənən səviyyədən aşağı olub. İlin sonunadək inflyasiya 2%-dən aşağı olacaq: “Bu da 2017-ci ildə 3 dəfə uçot dərəcəsini artırmaq istəyən FES-i fikrindən daşındıracaq”.

oxu.az