Şokoladın insan beyninə faydalı olması sübuta yetirilib
10.7.2017

İtaliyalı alimlər belə qənaətə gəliblər ki, hər gün şokolad qəbul etmək neyrodeqenerativ xəstəliklərə yoluxma riskini azaldır.

Tədqiqatın nəticələri Frontiers in Nutrition jurnalında dərc edilib.

Bir sıra elmi işi araşdıran mütəxəssislər kakaoda olan flavonoidlərin (bitki polifenolları) beyinin fəaliyyətinə kəskin və xroniki təsirini qiymətləndiriblər. Tədqiqatda iştirak edən könüllülər beş gün və ya üç ay ərzində kakao içkisi və az, orta və çox miqdarda şokolad qəbul ediblər.

Məlum olub ki, qara şokoladda olan flavonoidlər beyinin fəaliyyətini yaxşılaşdırır və məntiqi məsələləri həll etmək üçün lazımi məlumatı yadda saxlamağa kömək edir.

oxu.az