Kondisioneri yay rejiminə keçirərkən bunlara diqqət edin
11.7.2017

Ustalar kondisioneri qış rejimindən yaya keçirərkən bəzi məqamlara diqqət etməyi tövsiyə edirlər.

25 ildən çoxdur ki, bu məişət avadanlıqlarının təmiri ilə məşğul olan Elmar Ağabalayev deyir ki, ona son günlər kondisionerlə bağlı edilən müraciət edənlərin sayı artıb.

Onun sözlərinə görə, bu problemlə qarşılaşmamaq üçün bəzi nüanslara diqqət etmək lazımdır. Kondisioneri yay rejiminə keçirən zaman əvvəlcə onun içərisindəki hava filtirləri təmizlənməlidir.

Bununla yanaşı, kondisioneri istifadə edərkən qazının olub-olmamasına da, fikir vermək lazımdır. Kondisionerin qazının olmaması onun az hava verməsindən bilinir.

Ustalar kondisionerin temperaturunu 24 dərəcədə qoyulmasını tövsiyə edirlər.

oxu.az