SKMF Qubada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
11.7.2017

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Quba rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.
Fond iş adamlarından intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının yaradılması, meyvə-tərəvəz emalı, qablaşdırma materialı istehsalı və meyvəqurutma müəssisələrinin, eləcə də otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edib.
Sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172;
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-poçt: info@anfes.gov.az


report.az