54 il meyvə yeməyən qadın
5.11.2012

Nyu-Yorkun 54 yaşlı sakini Marla Lopez ömrü boyu nə meyvə, nə də tərəvəz yeyib. Onun gündəlik rasiyonu 3 məhsul- kartof çipsləri, ağ çörək və süd təşkil edir. Marla bu məhsulları yolüstü dükandan alır və elə yolda da onları yeyib qurtarır.

“Good Morning America” proqramına çıxan Marla Lopez bildirib ki, hamının sevimli yeməkləri olan spaqetti, omlet, hamburgerlər onun üçün iyrəncdir. Meyvə və tərəvəzləri isə ümumiyyətlə yemək hesab etmir. Təbii ki, o yemək bişirməyi də bacarmır və bunun heç bir mənasının olmadığını düşünür. Hərdən özünü əyləndirmək istədikdə isə dondurma, hazır blinlər, kartof-fri, bekon (hisə verilmiş və duzlanmış donuz əti) alır. Onun sözlərinə görə, özünü kifayət qədər yaxşı hiss edir və artıq çəkidən də əziyyət çəkmir.

APA