Yaxın günlərdə Bakıda “Azərbaycan-ABŞ” İnformasiya Kommunikasiya Texnologiyaları forumu keçiriləcək.
Bu barədə rabitə və informasiya texnologiya nazirinin müavini Elmir Vəlizadə məlumat verib.
Onun sözlərinə görə forumda Azərbaycanda İKT-nin inkişafı, yeni müasir texnologiyaların tətbiqi və digər məsələlər müzakirə olunacaq.
Bundan başqa həmin forum çərçivəsində digər tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
Gün.Az