Bakı 1 nömrəli Tibb Kollecinin 13 görmə qabiliyyəti zəif olan ilk məzunları təhsillərini başa vurdu.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, Bakı 1 nömrəli Tibb Kollecində gözdən əlillər üçün müalicə və idman metodisti şöbəsi 2014-cü ildə açılıb.
Kollecin direktoru Nəriman Mövsümov əvvəllər Gözdən Əlillər Cəmiyyətində masaj kursları təşkil edilir və kollecin müəllimləri də tədris üçün həmin kurslara dəvət olunduğunu deyib: “Həmin kurslarda peşə hazırlığının səviyyəsini yüksəltmək, onlara masaj və tibb işini daha mükəmməl öyrətmək üçün kollecdə yeni şöbənin açılması təşəbbüsü ilə Səhiyyə Nazirliyinə müraciət olunub. Müraciətlər anlayışla qarşılanaraq belə bir fakültə açılıb. Qafqazda belə bir şöbə ilk dəfədir fəaliyyət göstərir. Şöbəyə birinci il 13, sonrakı illər isə 20 tələbə qəbul edilib. Görmə qabiliyyətini itirmiş məzunların bu gün əmək fəaliyyətinə başlaması onların cəmiyyətə inteqrasiyası baxımından da çox böyük əhəmiyyət daşıyır və ölkəmizdə aparılan sosial-yönümlü islahatlara dəstəkdir”.
2017-ci ilin buraxılış ilində istehsalat təcrübələrində özlərini ən yaxşı tərəfdən göstərən ilk peşəkar məzunlar tədrisi başa vurublar.
publika.az